Əfqanıstan prezidenti əsgərlərə müraciət etdi

18 İyun 2013 17:45 (UTC+04:00)
Bu gün Əfqanıstandakı NATO qüvvələri (İSAF) ölkədə təhlükəsizliyə nəzarəti tamamilə Əfqanıstan təhlükəsizlik qüvvələrinə (ANSF) təhvil verib.

Bu gün Kabildə NATO baş katibi Anders Foq Rasmussenin də iştirak etdiyi təntənəli mərasimdə Əfqanıstan prezidenti Həmid Kərzai bildirib ki, indi ölkənin müdafiəçiləri əfqan əsgərləridir.

Əfqan əsgərləri cəsarətli və qətiyyətli sayan Həmid Kərzai deyib ki, "Əfqanıstanı qoruyun".

İSAF 95 vilayətdə təhlükəsizliyin təminatını ANSF-a təhvil verib. Ancaq NATO qüvvələri 2014-cü ilin sonuna qədər Əfqanıstanda qalacaq. Hazırda Əfqanıstanda 100 min xarici hərbçi var.

NATO-nun Əfqanıstandakı sülhməramlı əməliyyatlarında Azərbaycan hərbçiləri də iştirak edib. Bir müddət əvvəl Azərbaycanın NATO PA-da nümayəndə heyətinin rəhbəri, Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov bəyan edib ki, Azərbaycan hərbçiləri gələn ilin əvvəlində Əfqanıstandan çıxarılacaq.//lent.az//

AzNews.az