Xalq artisti Xuraman Qasımova “İstiqlal” ordeni ilə təltif edilib

5 İyun 2021 15:31 (UTC+04:00)

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Xalq artisti Xuraman Qasımovanın “İstiqlal” ordeni ilə təltif edilməsi barədə sərəncam imzalayıb.

Aznews.az xəbər verir ki, sərəncamda qeyd olunub ki, Xuraman Əkrəm qızı Qasımova Azərbaycan mədəniyyətinin inkişafında xüsusi xidmətlərinə və uzunmüddətli səmərəli fəaliyyətinə görə təltif edilib.