Sabah 5 rayonda qaz olmayacaq

18 İyun 2013 20:13 (UTC+04:00)
İmişli, Sabirabad, Zərdab, Ucar və Quba rayonlarının qaz təchizatında məhdudiyyətlər olacaq.


Azərbaycan Dövlət Neft Şirkətinin "Azəriqaz" İstehsalat Birliyinin mətbuat xidmətindən verilən məlumata görə, təmir işləri ilə əlaqədar sabah 19 iyun tarixində saat 10:00-dan 16:00-dək "Quba" Qazpaylayıcı Stansiyasından, saat 10:00-dan 18:00-dək "Sabirabad" Qazpaylayıcı Stansiyasından, saat 11:00-dan 17:00-dək "Zərdab", "Ucar", "Lək" Qazpaylayıcı Stansiyalarından, saat 13:00-dan 17:00-dək isə "İmişli" Qazpaylayıcı Stansiyasından qidalanan "İmişli" ölçü qovşağında təbii qaz təchizatı dayandırılacaq.

Təmir işləri aparılan müddətdə İmişli, Sabirabad, Ucar, Zərdab və Quba rayonlarına təbii qazın verilişində fasilələr yaranacaq.

AzNews.az