COVID-19-a qarşı peyvənd olunanların sayı açıqlanıb

5 İyun 2021 19:03 (UTC+04:00)

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Aznews.az-a verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 41 631, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 5 735 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 2 513 085, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 1 581 890, ikinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı isə 931 195 təşkil edir.