Ermənilərə qarşı çıxan tatar lider hədəfə alındı
18 İyun 2013 20:20 (UTC+04:00)
Krım Tatarları Məclisinin lideri Mustafa Cəmilev Ukraynada qondarma erməni soyqırımının qəbul ediləcəyi təqdirdə bunun tatarlar tərəfindən yaxşıq arşılanmayacağı barədə danışması ona qarşı hücumlara rəvac verib.
"Политика и культура" portalında Yuri Zuşikin məqalədə bu barədə yazıb: "Ukraynada türkdilli xalqlar ermənilrdən dəfələrlə çoxdur. Parlament Türkiyədə ermənilərin soyqırıma məruz qaldığı barədə qərar qəbul edərsə, bu heç də xoşagələn nəticələrə gətirib çıxarmayacaq".
Müəllif Türkiyənin Krımı təsir altında saxlamaq istəmsini vurğulayaraq tatarların liderini təkcə mənəvi yox, həm də başqa əlaqələrdə ittiham edir. Həmçinin o da vurğulayır ki, tatar lideri prezident Viktor Yanukoviç və Türkiyənin baş naziri Rəxcəb Tayyib Ərdoğanla isti münasibətləri var: "Buna görə də yəqin ki, Yanukoviç belə bir qərarı heç imzalamayacaq".
Bundan başqa müəllif tatar liderinin ailəsində baş verən faciəli hadisələrə görə stress vəziyyətində olduğunu iddia edib.
Elnarə
AzNews.az