86 yaşlı kişi kanalda boğuldu

7 İyun 2021 10:35 (UTC+04:00)

Biləsuvar rayonunda boğulma hadisəsi baş verib.

AzNews.az xəbər verir ki, rayonun Nərimankənd sakini, 1935-ci il təvəllüdlü Şahsuvarov Şirzahid Ayaz oğlu kənd ərazisindən axan Mil-Muğan kanalına düşərək boğulub.

İlkin məlumata görə, sözügedən şəxs intihar məqsədilə özünü kanala atıb.

Faktla bağlı Biləsuvar RPŞ-də araşdırma aparılır.