Dünya bazarında neft ucuzlaşıb

7 İyun 2021 11:57 (UTC+04:00)

Dünya bazarında neft ucuzlaşıb.

AzNews.az bildirir ki, bu barədə RT məlumat yayıb.

WTI markalı neftin iyul fyuçersləri 0,36 faiz ucuzlaşıb və bir barelin qiyməti 69,37 ABŞ dolları təşkil edib.

“Brent” markalı neftin avqust fyuçersləri də 0,45 faiz ucuzlaşıb və bir bareli 71,57 dollara satılıb.