Dünya Trampın şalvarından danışır - FOTO

7 İyun 2021 13:47 (UTC+04:00)

ABŞ-ın eks-prezidenti Donald Tramp yenidən gündəmdədir.

AzNews.az xəbər verir ki, o Şimali Karolina ştatında Respublikaçılar Partiyasının mitinqində aylar sonra kameralar qarşısına çıxıb.

Sabiq prezidentin şalvarının zəncirbəndinin görünmədiyinin fərqinə varan insanlar görüntüləri sosial mediada paylaşaraq onun şalvarını tərs geyindiyini iddia ediblər.

İngiltərənin “Daily Mail” nəşrinin xəbərinə görə, buna səbəb Trampın elastik belli “pull-up” şalvar geyinməsi ola bilər.