Avropanın mərkəzində türkiyəli şagirdə cinsi zorakılıq iddiası – ŞOK

18 İyun 2013 22:36 (UTC+04:00)
Belçikada orta məktəb şagirdlərinə təcavüz edildiyi faktı qeydə alınıb.

AzNews.az xarici mətbuata istinadən xəbər verir ki, ölkədə fəaliyyət göstərən iki təhsil ocağında müəlliməlik edən 24 yaşlı qadın hadisə ilə bağlı həbs olunub. Onun məktəbdə türkiyəli şagird də daxil olmaqla 6 ibtidai sinif şagirdinə aylarla təcavüz etdiyi bildirilir.

Müəllimənin övladlarına qarşı belə zorakılığını bilən valideynlər məktəb rəhbərliyinə şikayət ediblər. Araşdırmalardan sonra bəlli olub ki, tənəffüs saatlarında müəllimə tərəfindən uşaqlara cinsəl xarakterli hərəkətlər edilib, onlar cinsi zorakılığa məruz qalıblar. Baş verən hadisələrdən hiddətlənən valideynlər hadisənin ətraflı araşdırılması və zalım müəllimənin layiqli cəzanı almasını tələb edirlər.

Yuxarıda da qeyd etdiyimiz ki, bu uşaqlar arasında türkiyəli şagird də var. Həmin şagirdin anası, belə bir hadisə Türkiyədə olsa, indi bu informasiya çoxdan geniş yayılmış və hər kəs tərəfindən qınaq obyektinə çevrilmişdi deyə qeyd edib.

Xəyalə
AzNews.az