Azərbaycanla Türkiyə arasında qarşılıqlı ticarətin artırılması müzakirə olunub

7 İyun 2021 21:06 (UTC+04:00)

İqtisadiyyat Naziri Mikayıl Cabbarov Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı ilə görüşüb.

Aznews.az xəbər verir ki, bu barədə nazir "Twitter" hesabında yazıb.Ad - 00

O qeyd edib ki, görüşdə iki ölkə arasında iqtisadi əməkdaşlığın genişləndirilməsi, qarşılıqlı ticarətin artırılması üçün birgə görüləcək işlər barədə fikir mübadiləsi aparılıb.