Əfqanıstanda 4 ABŞ hərbçisi həlak oldu

19 İyun 2013 07:06 (UTC+04:00)
Əfqanıstanda Baqram hərbi bazasına hücum nəticəsində 4 ABŞ hərbçisi həlak olub.

Bu barədə "Frans Press" agentliyi ABŞ Müdafiə Nazirliyindəki mənbəyə istinadən xəbər verir.

Mənbə bildirib ki, ehtimala görə, Baqram aviabazası raket və minaatanlardan atəşə məruz qalıb.

Hadisənin arxasında kimin dayandığı hələ məlum deyil.

AzNews.az