Deputat Arif Hacılını tənqid etdi: "Ona demək istəyirəm ki...”

8 İyun 2021 11:54 (UTC+04:00)

Deputat Azər Badamov Milli Məclisdəki çıxışında Müsavat başqanı Arif Hacılı və AXCP sədri Əli Kərimlini tənqid edib.

“Bunlar erməninin hər bir təbliğatını hakimiyyətə qarşı çevirməklə qələbəmizə kölgə salmağa çalışırlar”, - deyə, deputat bildirib.

O qeyd edib ki, vaxtilə onlar şanlı ordumuzun qələbəsinə də şübhə ilə yanaşırdılar:

“Arif Hacılı feysbuk səhifəsində yazır ki, 7 aydır ki, ölkənin 700 min vətəndaşı mina bəhanəsi ilə öz ata-baba yurdlarına buraxılmır. Arif Hacılıya demək istəyirəm ki, Zəngəzur dəhlizi də açılacaq, işğaldan azad olunmuş ərazilərə insanlarımız da qayıdacaq. Nəyi, nə zaman etməyi ölkə başçımız hamıdan yaxşı bilir”.

Deputat Sahib Alıyev də “ömrünü mühacirətdə başa vuran Rəsulzadə hara, saxta arayışlar verməkdə adı hallanan Arif Hacılı hara”, deyə, Müsavat başqanını baş verən son hadisəyə reaksiyasına görə günahlandırdı.

Musavat.com