“Qarabağ”da yeni müqavilə

8 İyun 2021 12:15 (UTC+04:00)

“Qarabağ” futbolçusu Qara Qarayev ilə yeni müqavilə imzalayıb.

AzNews.az klubun saytına istinadən xəbər verir ki, yarımmüdafiəçi ilə imzalanmış müqavilənin müddəti 2 ildir.

Qeyd edək ki, Qara Qarayev “Qarabağ” FK-nın heyətində 7 dəfə Azərbaycan çempionu olub, 3 dəfə ölkə kubokunu qazanıb.