Millət vəkili qəzaya düşdü

19 İyun 2013 07:25 (UTC+04:00)
Milli Məclisin deputatı Rüstəm Xəlilovun avtomobili qəzaya uğrayıb.


Hadisə "Hyatt Regensy" hotelinin yaxınlığında baş verib.

Deputatın olduğu gümüşü rəngli "Mercedes" markalı avtomobili sürücü idarə edirmiş. Üzbəüz gələn maşın qarşı hərəkət zolağına çıxıb və millət vəkilinin avtomobilinə çırpılıb.

Hadisə şahidləri qəza nəticəsində xəsarət alanın olmadığını bildiriblər. (anspress)

AzNews.az