"Toya baha gedirsən, niyə kredit ödəyirsən?" - Afətdən Şəbnəmə

8 İyun 2021 18:12 (UTC+04:00)

"Avtomobili, evi kreditdə olanı, hər şeyini satıb pulunu yeyəni var. Bank nədir bilmirəm, çünki ayağımı yorğanıma görə uzadıram. Gündəmdə olan müğənnilərdən danışacam".

Aznews.az Axşam.az-a istinadla xəbər verir ki, bu sözləri müğənni Afət Fərmanqızı "SözBaz" verilişində deyib. İfaçı müğənni Şəbnəm Tovuzludan danışaraq, onu qınayıb:

"Tutaq ki, Şəbnəm Tovuzlu. Birinci qazancı konsertlərə, bahalı kliplərə, yatırım edirlər. Niyə kredit ödəyirsən, kifayət qədər baha toyalara gedirsən. Sənin Bakı şəhərində 5-6 yerdə evin olardı. Bu gün kirayə verib, pulların da oturub yeyərdin".

Aparıcının "Sizin 2 eviniz var" sualına "2 çox azdır. 2 yox 20 olmalıdır əslində, amma 20 deyil, biraz azdır. O mahnı sayəsində il yarıma istədiyim madiyyatı əldə etdim. Mən də konsertlər edə bilərdim, amma birinci güzəranımı qurdum" cavabını verib.