“Eurovision-2014”ün baş prodüseri müəyyənləşdi

19 İyun 2013 08:01 (UTC+04:00)
Gələn ilin mayında Danimarkada keçiriləcək "Eurovision-2014" mahnı müsabiqəsinin baş prodüseri də müəyyənləşib.

"Eurovision" mahnı müsabiqəsinin rəsmi saytında verilən məlumata görə, yarışmanın baş prodüseri 20 illik təcrübəyə malik, məşhur prodüser və rejissor Per Zakariassendir.

Mahnı müsabiqəsinin icraçı prodüseri isə Pernilla Qardbodur. "Eurovision-2014" mahnı müsabiqəsinin birinci və ikinci yarımfinalları müvafiq olaraq mayın 13 və 15-də, final mərhələsi isə mayın 17-də keçiriləcək.

AzNews.az