Goranboyda it 7 yaşlı uşağa xəsarətlər yetirib

8 İyun 2021 23:58 (UTC+04:00)

Goranboyda 7 yaşlı uşaq itin hücumuna məruz qalıb.

Aznews.az xəbər verir ki, hadisə Qızılhacılı qəsəbəsində baş verib.

2014-cü il təvəllüdlü kənd sakini Hümbətli Rəvan Şamxal oğluna qəfildən it hücum edib. Sağ bud nahiyəsindən çoxsaylı dişlək xəsarətləri alan azyaşlı xəstəxanaya çatdırılıb. Görülən tibbi yardım sayəsində uşağın vəziyyəti sabitləşib.