Azərbaycanda zəlzələ olub

9 İyun 2021 09:01 (UTC+04:00)

İyunun 9-da Azərbaycanda zəlzələ olub.

Respublika Seysmoloji Xidmət Mərkəzindən AzNews.az-a bildirilib ki, zəlzələ yerli vaxtla saat 00:40-da Şahbuz stansiyasından 32 km qərbdə Şərur rayonunda qeydə alınıb.

Ocağı 10 kilometr dərinlikdə yerləşən zəlzələnin maqnitudası 3-ə bərabər olub.

Zəlzələ hiss olunmayıb.