Bütün ölkə bu hadisədən danışır: Həkim 9 yaşlı qıza...

9 İyun 2021 13:41 (UTC+04:00)

Almaniyada 9 yaşlı qıza koronavirus əleyhinə peyvənd vurulub.

AzNews.az xəbər verir ki, bu barədə uşağın atası yerli radioya açıqlama verib.

Ata bildirib ki, peyvənd üçün təyin olunan yerdə oturduqları zaman həkim uşaqdan iynədən qorxub-qorxmadığını soruşub. Daha sonra uşağın qolunu dezinfeksiya edib. Uşağın atası bunun zarafat olduğunu düşündüyünü deyib. Həkim dezinfeksiyadan sonra içərisində Biontech vaksini olan iynəni uşağın qoluna batırıb. Hadisədən sonra həkim səhvini boynuna alıb və üzr istəyib.

Peyvənddən sonra xəstəxanada müşahidə altına saxlanılan qızın vəziyyəti yaxşıdır.

Həkim haqqında istintaq başladılıb.

Şirkətin vəkili deyib ki, həkim uşağın vaksinasiya olunmalı yüksək riskli xəstə olduğunu zənn edib. Hadisənin ardınca həkim işdən çıxarılıb.