Azərbaycan nefti 73 dollardan satılır

10 İyun 2021 12:25 (UTC+04:00)

Azərbaycan neftinin qiyməti bahalaşır.

AzNews.az xəbər verir ki, “Azeri Light” markalı neftin bir barrelinin qiyməti 0.57 dollar artaraq 73.17 dollar təşkil edib.

Qeyd edək ki, “Azeri Light” neftinin bir barrelinin qiyməti keçən il aprelin 21-də minimuma enərək 15.81 dollar, 2008-ci ilin iyulunda isə maksimuma yüksələrək 149.66 dollar olub.