Mehriban Əliyeva Ramiz Əzizbəylinin dəfn mərasiminə əklil göndərib

10 İyun 2021 14:15 (UTC+04:00)

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva Xalq artisti Ramiz Əzizbəylinin dəfn mərasimi üçün əklil göndərib.

AzNews.az APA-ya istinadən xəbər verir ki, əklil R.Əzizbəylinin məzarı önünə qoyulub.

Qeyd edək ki, Xalq artisti Qaradağ rayonu "Qurd qapısı" qəbiristanlığında dəfn olunub.