Azərbaycana daha 40 min doza “Sputnik V” gətirildi

10 İyun 2021 15:06 (UTC+04:00)

Azərbaycana koronavirus əleyhinə daha 40 min doza Rusiya istehsalı olan “Sputnik V" vaksini gətirilib.

Bu barədə AzNews.az-a Səhiyyə Nazirliyindən məlumat verilib.

Xatırladaq ki, ölkə ərazisində COVID-19 əleyhinə vaksinasiyaya bu il yanvar ayının 18-dən etibarən başlanılıb. “Sputnik V” vaksininin tətbiqi isə mayın 18-dən həyata keçirilir. 18 yaşından yuxarı olan və əks göstərişləri olmayan hər bir vətəndaş “Sputnik V” ilə peyvənd oluna bilər.

İndiyədək ümumilikdə 80 min doza “Sputnik V” peyvəndi ölkəyə gətirilib.