Ter-Petrosyan Serj Sarkisyanı ittiham etdi

10 İyun 2021 16:34 (UTC+04:00)

“Seçki yarışı zamanı qarşılıqlı ittihamların olması iyrənc hadisədir”.

AzNews.az xəbər verir ki, bu sözləri Ermənistanın eks-prezidenti Levon Ter-Petrosyan bir gün əvvəl keçmiş dövlət başçısı Serj Sarkisyanın Nikol Paşinyanın səsyazısını ictimailəşdirməsinə münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, bu manipulyasiyadır və dərc olunanların 90% -i yalandır.

Xatırladaq ki, Ter-Petrosyan iyunun 20-də keçiriləcək parlament seçkilərində iştirak edəcək. Onun Paşinyanla kolasiyaya gedə biləcəhyi proqnozlaşdırılır.