Şoyqunun bacısı koronavirus səbəbindən vəfat etdi

10 İyun 2021 17:23 (UTC+04:00)

Rusiya Dövlət Dumasının deputatı Larisa Şoyqu vəfat edib.

AzNews.az-ın “RİA Novosti”yə istinadən məlumatına görə, bu barədə Vahid Rusiya fraksiyasının rəhbəri Serqey Neverov xəbər verib.

Millət vəkilinin koronavirus fonunda insult keçirdiyi bildirilir.

Qeyd edək ki, Larisa Şoyqu Rusiya Federasiyasının Müdafiə naziri Serqey Şoyqunun bacısıdır.