Nazir: "Növbəti tədris ilində ənənəvi təhsilə qayıtmağın tərəfdarıyıq"

10 İyun 2021 20:09 (UTC+04:00)

“Növbəti tədris ilində ənənəvi təhsil modelinə qayıtmağın tərəfdarıyıq. Artıq Azərbaycanda 1 milyona yaxın vətəndaş tam vaksinasiya prosesindən keçib. Tələbələr də bu prosesə qoşulsalar, yəni 80 faiz təhsilalan, təhsilverən vaksinasiya olunsa, ənənəvi tədrisə qayıda bilərik”.

Aznews.az xəbər verir ki, bunu Təhsil naziri Emin Əmrullayev “Facebook” səhifəsindəki canlı yayımda bildirib. O deyib ki, vaksinasiya prosesi bütün bölgələrdə davam edir: “Bakıda 38185 təhsil işçisindən 24 mindən çoxu vaksinasiya olunub. 4620 nəfər yoluxduğu üçün, 3400 nəfər digər səbəblərdən, yəni xəstəlik, hamiləlik, antitel olduğu üçün vaksinasiya olunmayıb, 3000-ə yaxın şəxs həkimdən arayış gətirdiyi üçün peyvənd edilməyib, cəmi 2500 nəfər imtina edib. Hamının vaksinasiya olunmasını tövsiyə edirəm”.