Bu il MİQ imtahanları 12 bölgədə keçiriləcək

10 İyun 2021 20:30 (UTC+04:00)

“Müəllimlərin iş yerinin dəyişməsi başa çatmaq üzrədir. Artıq 1800-dən çox müəllim bu şansı qazanıb”.

Aznews.az xəbər verir ki, bunu Təhsil naziri Emin Əmrullayev “Facebook” səhifəsindəki canlı yayımda bildirib.

O deyib ki, eyni zamanda yay ərzində müəllimlərin işə qəbulu da keçiriləcək: “Ötən ildən başlayaraq MİQ imtahanını yalnız Bakıda deyil, bölgələrdə də keçiririk. Bu il 12 bölgədə bu imtahanlar keçiriləcək. Hər il təxminən 50 mindən artıq adam bu müsabiqəyə qoşulur və 7000-9000 adam işlə təmin olunur. İşlə təmin olunanların sayı olunmayanlardan çox olsa da, müəyyən adamlar narazı qalır. Amma bu proses tam şəffaf keçir”.