Məktəblərdə monitorinq aparılıb

10 İyun 2021 20:41 (UTC+04:00)

24 ümumi təhsil məktəbində monitorinq aparılıb. Monitorinqin məqsədi təhsilin keyfiyyətini müəyyənləşdirmək idi.

Aznews.az xəbər verir ki, bunu təhsil naziri Emin Əmrullayev iyunun 10-da feysbuk üzərindən təşkil olunan canlı yayımda deyib.

O bildirib ki, monitorinq aparılan məktəblərdə neqativ hallar da müşahidə olunub. Bəzi müəllimlər məktəbə tam hazırlıqsız gəliblər. Monitorinq nəticəsində aşkarlanan qüsurların aradan qaldırılması üçün müəyyən addımlar atılacaq.