Türkiyədə koronavirusdan daha 96 nəfər həyatını itirib

10 İyun 2021 21:12 (UTC+04:00)

Türkiyədə son sutkada yeni növ koronavirusdan (COVID-19) 96 nəfər həyatını itirib.

Aznews.az xəbər verir ki, bu barədə Türkiyənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Türkiyədə gündəlik statistikaya əsasən, COVID-19 infeksiyası ilə əlaqədar 223 320 nəfər test edilib, onların 6408-nin koronavirus testi pozitiv nəticə verib, 6895 nəfər sağalıb, 1009 koronaviruslu xəstənin isə vəziyyəti ağırdır.

Hazırda ölkə üzrə bu infeksiyadan ümumilikdə 48 524 nəfər ölüb.

Türkiyədə indiyədək 5 313 098 nəfər koronavirus xəstəsi olaraq qeydə alınıb, onlardan 5 186 728 nəfəri müalicə olunaraq evə buraxılıb.