"Bundan sonrakı dalğa daha pis gələ bilər" - Həkim

10 İyun 2021 21:29 (UTC+04:00)
"Növbəti dalğa zamanı bu günə kimi yoluxmayan insanlar koronavirusa yoluxa bilərlər".

Aznews.az xəbər verir ki, bunu həkim Vasif İsmayıl deyib.

O əlavə edib ki, Azərbaycanda insanların əksəriyyəti ikinci dalğada yoluxub:

"Bundan sonrakı dalğa daha pis gələ bilər. Ancaq bu problem peyvəndlə öz həllini tapa bilər. Çox ciddi qapanmaların olacağını düşünmürəm".