Məşhur biznesmen başından güllələndi - ŞOK

19 İyun 2013 09:41 (UTC+04:00)
Albert Nazranov hadisə yerindəcə keçinib


Dünən Rusiyanın paytaxtı Moskva şəhərində naməlum şəxs məşhur biznesmen Albert Nazranova başından atəş açıb. Hadisə Moskvanın məşhur Tolbuxin küçəsində baş verib. Cinayətkar atdığı atəşdən sonra velosipedə minərək, hadisə yerindən uzaqlaşıb. İlkin məlumatlara görə, biznesmenin öldürülməsi sifariş xarakteri daşıyır.

Albert Nazranov məşhur "Kabarda- Balkan Restonlar şəbəkəsi"nin yaradıcısı və keçmiş Nalçik bazarının sahibidir. Yerli polisin verdiyi məlumata görə, ilkin araşdırmalar hadisənin sifariş xarakteri daşımasını göstərir. Çünki bundan öncə də Alber Nazranov dəfələrlə hücuma məruz qalmış və hətta 2012-ci ildə onun getdiyi məkanda bomba partladılmışdı. Hadisə nəticəsində biznesmen xəsarət alsa da, sağ qalmışdı.

"NTV" telekanalının verdiyi məlumata görə, biznesmen başından aldığı 2 güllə yarasından hadisə yerindəcə keçinib.
Faktla bağlı araşdırılma aparılır.

Aynur Hüseynova
AzNews.az