Bu il Bakıda 43 nəfər direktor müavini təyin edilib

11 İyun 2021 13:11 (UTC+04:00)

2020-2021-ci tədris ili ərzində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki təhsil müəssisələrinə təlim-tərbiyə işləri üzrə direktor müavini vəzifəsinə 43 nəfər təyin olunub.

Bu barədə AzNews.az-a Bakı Şəhəri üzrə Təhsil İdarəsindən məlumat verilib. Həmçinin bildirilib ki, uşaqlarla məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçı vəzifəsinə də 23 nəfər təyinat alıb.