Orduya dəstək aksiyasında tutulanlara cəza istənildi

11 İyun 2021 15:35 (UTC+04:00)

Baş Prokurorluq ötən il orduya dəstək məqsədilə keçirilən aksiyalarla bağlı son məlumat açıqlayıb.

AzNews.az-ın məlumatına görə, Baş Prokurorluğun mətbuat xidmətindən Modern.az-ın sorğusuna cavab olaraq bildirilib ki, Azərbaycan Ordusuna dəstək üçün 2020-ci il iyulun 14-də keçirilən aksiya zamanı yaranmış insident faktı üzrə istintaq aparılıb:

“Cinayət işi üzrə həm əvvəl, həm də bu gün keçirilmiş məhkəmə iclası zamanı dövlət ittihamçısı tərəfindən təqsirləndirilən şəxslərə azadlıqdan məhrum etmə növündə cəzanın şərti tətbiq edilməsi xahiş edilib”.