Eldar Əzizov: "Bakının Baş planı üzərində iş gedir"

12 İyun 2021 15:22 (UTC+04:00)

"Bakı şəhərinin Baş planı üzərində iş gedir".

Aznews.az xəbər verir ki, bunu açıqlamasında Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov deyib.

E. Əzizov bildirib ki, layihəni Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Baş Memarlıq İdarəsi hazırlayır.

İcra başçısı layihə ilə tanış olduğunu qeyd edərək Baş planı layihənin hazırlanmasında birlikdə işlədiklərini deyib: "Komitə bizimlə əməkdaşlıq edir və layihə hazır olan kimi ictimaiyyətə təqdim ediləcək".