Qubada evdə qaz balonu partlayıb, 85 yaşlı qadın yanaraq ÖLÜB - VİDEO

12 İyun 2021 19:59 (UTC+04:00)
Quba rayonunda ikimərtəbəli yaşayış evi yanıb.

Aznews.az xəbər verir ki, hadisə gecə saatlarında Səbətlər kəndində qeydə alınıb.

Belə ki, 144 kvadratmetrlik evin birinci mərtəbəsində başlayan yanğın nəticəsində içərisində propan qazı olan balon partlayıb. Nəticədə yanğın daha şiddətlənərək evin ikinci mərtəbəsinə keçib və bütüm yanar konstruksiyalar yanıb. Ev sakinlərinin əksəriyyəti içəridən çıxa bilsələr də, ancaq 1936-cı il təvəllüdlü Gülnaz Nizam qızı Rəhmanova yanaraq dünyasını dəyişib. Yanğınsöndürənlər onun yanmış meyitini ailəsinə təhvil verib.

Faktla bağlı araşdırma aparılır.