Azərbaycanda şəkərli diabet və skleroz xəstələrinin registri yaradılacaq

12 İyun 2021 20:17 (UTC+04:00)

Şəkərli diabet xəstəliyinə tutulmuş şəxslərin registrini yaratmaq və aparmaq sahəsində səlahiyyətli orqan İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi olacaq.

Aznews.az xəbər verir ki, bununla əlaqədar Prezident İlham Əliyevin bu gün imzaladığı fərmanla İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Nizamnaməsinə müvafiq dəyişiklik edilib.

Agentliyin vəzifələri sırasına dağınıq skleroz xəstəliyinə tutulmuş şəxslərin registrini yaratmaq və aparmaq da əlavə edilib.