Bu xəbər çoxdan gözlənilən və möhtəşəmdir - Zaxarova

12 İyun 2021 21:43 (UTC+04:00)

Rusiya Xarici İşlər Nazirliyi Azərbaycanın 15 ermənini minalanmış ərazilərin xəritələri müqabilində Ermənistana təhvil verməsinə münasibət bildirib.

Aznews.az xəbər verir ki, Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova öz "Telegram" kanalında bu xəbəri çoxdan gözlənilən və möhtəşəm adlandırıb.

"Tərəflərin bu cür addımlarını alqışlayırıq", - deyə M.Zaxarova yazıb.