Gürcüstan tarixi vasitəçi roluna qayıdıb - Salome Zurabişvili

12 İyun 2021 23:19 (UTC+04:00)

“Azərbaycan və Ermənistan arasında humanitar razılaşmanın əldə olunması münasibətilə Gürcüstanın baş naziri İrakli Qaribaşvilini təbrik edirəm”.

Aznews.az xəbər verir ki, bunu Gürcüstan prezidenti Salome Zurabişvili tvitter hesabında yazıb.

Dövlət başçısı qeyd edib ki, Gürcüstan tarixi vasitəçi roluna qayıdıb: “ABŞ və Arvopa İttifaqı Qafqaza dönüb, etimadın möhkəmləndirilməsi dayanıqlı sülhə aparan yoldur”.