G7 iqlim dəyişikliyi ilə mübarizəyə 100 milyard ayıracaq

13 İyun 2021 11:03 (UTC+04:00)

“Böyük Yeddilər” (G7) hər il inkişaf etməkdə olan ölkələrə iqlim dəyişikliyi ilə mübarizə üçün 100 milyard dollar ayrılması barədə razılığa gəliblər.

AzNews.az-ın "Alman dalğası"na istinadən verdiyi məlumata görə, bu barədə qərar İngiltərədə Kornuoll qraflığında keçirilən G7 sammitində qəbul edilib.

Bu, G7 sammitinin yekun Bəyannaməsində əksini tapacaq.