Əli Əsədov Rusiyanın baş nazirini təbrik etdi

13 İyun 2021 16:21 (UTC+04:00)

AzNews.az xəbər verir ki, məktubda Azərbaycanla Rusiya arasında strateji partnyorluq və qarşılıqlı faydalı əməkdaşlığın yüksək səviyyəsindən məmnunluq qeyd edilir.

Məktubda həmçinin ikitərəfli münasibətlərin gündəliyində duran vəzifələrin hamısının uğurla həyata keçirilməsi üçün hökumət xətti ilə yaxın və konstruktiv işin davam etdirilməsinə hazırlıq ifadə olunur.