“Ermənistanda məmurların hamısı oğrudur” - Vanetsyan

13 İyun 2021 17:11 (UTC+04:00)

"Hakimiyyətdə olanlar ölkəni talan edirlər. Onlar korrupsiya ilə mübarizə aparmaları barədə aləmə car çəkirlər. Ancaq özləri korrupsioner və təsadüfən hakimiyyətə gəlmiş gənc oğrulardılar".

AzNews.az xəbər verir ki, bunu Ermənistanın müxalif "Vətən" partiyasının lideri, Milli Təhlükəsizlik Xidmətinin keçmiş direktoru Artur Vanetsyan seçicilərlə görüşündə deyib. O, vəzifədə olduğu dövrdə dövlətdən oğurlanan vəsaitlərin bir hissəsinin büdcəyə qaytarıldığını bildirib. Vanetsyan, həmçinin qeyd edib ki, indiki məmurlar rahat kabinetlərində oturaraq, dövlət büdcəsini qarət etməklə məşğuldurlar.

“Hamı oğurlayır. Təkcə müharibə zamanı 2020-ci ildə özlərinə 40 milyon ABŞ dolları məbləğində mükafat payladılar. Nə üçün, bəlli deyil", - deyə Vanetsyan baş nazir vəzifəsini icra edən Nikol Paşinyanın komandasını oğurluqda ittiham edib.