Kolumbiyada koronavirudən ölənlərin sayı 95 mini keçdi

13 İyun 2021 18:22 (UTC+04:00)

Kolumbiyada epidemiyanın başlanğıcından bu yana yeni koronavirus (Covid-19) səbəbiylə 95 mindən çox insan ölüb.

AzNews.az xarici KİV-ə istinadən xəbər verir ki, son 24 saatda 577 ölüm faktı qeydə alınıb. Bu pandemiya başlanan gündən bu günə qədər ən yüksək ölüm sayıdır.

Qeyd edək ki, 50 milyon əhalisi olan Kolumbiya dünyada ən çox peyvənd olunan ölkələr sırasındadır. 12 milyon 711 min 342 şəxsə 1-ci doz, 3 milyon 735 min 552 isə 2-ci doz peyvənd vurulub.