Gəncədə su borusu partladı - Yolu su basdı

13 İyun 2021 20:05 (UTC+04:00)

Gəncədə su borusu partlayıb.

AzNews.az-ın APA-ya istinadən məlumatına görə, hadisə şəhərin Yeni Gəncə qəsəbəsində qeydə alınıb.

Su borusunun partlaması nəticəsində yolu su basıb, avtomobillərin hərəkətində çətinlik yaranıb.

Hadisə yerinə “Azərsu” ASC-nin əməkdaşları cəlb edilib, bərpa işlərinə başlanıb.