Azay Quliyev Gəncədə regional konfrans keçirir

19 İyun 2013 11:16 (UTC+04:00)
Bu gün Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası və Gəncə İcra Hakimiyyətinin təşkilatçılığı ilə adı çəkilən şəhərdə "Regionlarda vətəndaş cəmiyyətinin möhkəmləndirilməsində QHT-Hökumət əməkdaşlığının rolu" mövzusunda regional konfrans keçirilir.

AzNews.az-ın məlumatına görə, İcra Hakimiyyətinin akt zalında keçirilən tədbirdə çıxış edən icra başçısı Elmar Vəliyev ölkədə gedən sosial-iqtisadi inkişaf və gələcək perespektivlərdən danışıb.

Toplantıda məruzə ilə çıxış edən deputat Azay Qiliyev ölkədə vətəndaş cəmiyyətinin möhkəmləndirilməsi və son illər bu yöndə Şura tərəfindən həyata keçirilən mühüm tədbirlər haqqında tədbir iştirakçılarını məlumatlandırıb. Konfransda eyni zamanda Şuranın beş illik fəaliyyətini əks etdirən film də nümayiş etdirilib.

Tədbirdə eyni zamanda SEDA proqramının ölkə üzrə direktoru Con Timati də çıxış edib.

Konfrans davam edir.

AzNews.az