“Ermənilər Ağdamda soyğunçuluq ediblər” - - Liviyanın Azərbaycandakı müvəqqəti işlər vəkili

13 İyun 2021 21:18 (UTC+04:00)

Aznews.az xəbər verir ki, bunu bu gün Ağdamda səfərdə olan Liviyanın Azərbaycandakı müvəqqəti işlər vəkili Əşrəf Adəm bildirib.

Əşrəf Adəm deyib ki, ermənilər işğal etdikləri bu ərazilərdə heç bir tikinti, abadlıq işləri aparmayıblar: “Ermənilər Ağdamda soyğunçuluq edib, hər şeyi talayıb aparıblar. Bu da ermənilərin bura soyğunçuluq üçün gəldiklərini açıq-aydın göstərir”.