Türkiyədə yoluxanların sayı azaldı

13 İyun 2021 22:18 (UTC+04:00)

Türkiyədə koronavirusla bağlı bu günə olan vəziyyət açıqlanıb.

AzNews.az Türkiyə KİV-ə istinadən xəbər verir ki, bu gün 53 nəfər koronavirusun qurbanı olub.

214 min 957 COVID-19 testi aparılıb ki, bunun da 5 min 12-si müsbət çıxıb.

Ağır xəstə sayı 952-dir.