Bu gün “Son zəng”dir

14 İyun 2021 09:01 (UTC+04:00)

Bu gün Azərbaycanda ümumi təhsil müəssisələrində “Son zəng” tədbirləri keçiriləcək.

AzNews.az xəbər verir ki, “Son zəng” tədbiri müəyyən edilmiş qaydalara əməl edilməklə baş tutacaq.

Belə ki, “Son zəng” tədbirləri yalnız açıq havada keçiriləcək. Burada müəyyən say məhdudiyyətləri tətbiq olunacaq. Kiçiksaylı məktəblərdə bir dəfə, nisbətən böyüksaylı məktəblərdə - yüzdən artıq məzunu olan məktəblərdə, bir neçə hissədən ibarət “Son zəng” tədbiri keçiriləcək.

Karantin qaydalarına və şəxsi gigiyena qaydalarına, sosial məsafəyə riayət olunması həm müəllimlərdən, həm şagirdlərdən tələb olunacaq.

Tədbirlər bir saat ərzində baş tuta bilər.