Bacısını bıçaqlayan şəxs tutuldu

14 İyun 2021 12:56 (UTC+04:00)

Bakıda bacısını bıçaqlayan şəxs tutulub.

Baş Prokurorluğun mətbuat xidmətindən AzNews.az-a verilən məlumata görə, paytaxt sakini Natiq Çələbiyevin aralarında yaranmış mübahisə zəminində onunla eyni evdə yaşayan bacısı İradə Çələbiyevaya 4 bıçaq xəsarəti yetirib.

Fakt əsasında Xətai RPİ-nin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət işi başlanıb. Natiq Çələbiyev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Hazırda iş üzrə istintaq davam edir.