Sərnişin avtobusu qəzaya düşdü: 7 yaralı

19 İyun 2013 11:31 (UTC+04:00)
Xaçmaz-Bakı marşrutu üzrə sərnişin avtobusu su maşını ilə toqquşub.

Hadisə Xaçmazın Ağalıq kəndində baş verib. Qəza nəticəsində sərnişin avtobusunda olan 17 nəfərdən 7-si yaralanıb. Hadisəyə səbəb su maşınının sərnişin avtobusunun qarşısına çıxması göstərilir.//qafqazinfo//

AzNews.az