Metroda problem yarandı - qatarlar gecikdi

14 İyun 2021 15:06 (UTC+04:00)

Bakı Metropolitenində qısamüddətli gərginlik düşməsi olub.

Bu barədə AzNews.az-a məlumat verən “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib ki, nəticədə metronun “28 May” – “Gənclik” istiqamətində qatarların hərəkətində 30 saniyə gecikmə olub:

“Gərginlik qəfil düşdüyündən həmin istiqamətdə tuneldə olan qatarın hərəkəti ləngiyib. Təxminən 30 saniyədən sonra gərginlik tənzimlənib və problem aradan qaldırılıb”.