Ölkəyə gələn pul köçürmələrinin 52%-i Rusiyadandır

14 İyun 2021 17:06 (UTC+04:00)

Fiziki şəxslər üzərindən xaricdən Azərbaycana daxil olan və ölkədən xaricə çıxan pul köçürmələrində əsas ölkələr Rusiya və Türkiyədir.

AzNews.az xəbər verir ki, bu barədə iqtisadçı ekspert Rövşən Ağayev məlumat verib. O qeyd edib ki, Mərkəzi Bankın açıqladığı tədiyyə balansı statistikasına görə, 2021-ci ilin ilk rübündə Rusiya Azərbaycana göndərilən pulların həcminə görə, Türkiyə isə Azərbaycandan göndərilən pulların həcminə görə 1-ci ölkə olub:

"Həmin dövrdə ölkəyə gələn pul köçürmələrinin 52%-i Rusiyanın, ölkədən çıxan pulların isə təxminən 28%-i Türkiyənin payına düşüb.

Mütləq ifadədə Rusiyadan 120 mln. dollar gəlib, Türkiyəyə 33.5 mln. dollar köçürülüb".